Bu fikri Macarıstanın baş naziri Viktor Orban
Kossuth radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.
O qeyd edib ki, Amerikada Ukrayna münaqişəsi ilə bağlı gələcək siyasətlə dair müzakirələr aktiv şəkildə davam etdirilir: “Onları qiymətləndirmək mənim işim deyil. Amma onların konstitusiya sistemində belə bir qəribəlik var: prezident noyabrda seçilir və o, yalnız yanvarın 20-də vəzifəsinin icrasına başlaya bilər. Bu iki tarix arasında baş verənlər adətən hamını o qədər də narahat etmir. Lakin indi hakimiyyətdə olan ABŞ administrasiyası müharibə, seçkilərin qalibi isə sülh partiyasına aiddir. Burada müəyyən suallar yaranır”, - deyə Macarıstan lideri bildirib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az