Avstraliyada baş verən yanğınlarda heyvan və bitkilərin sayı 55 faiz azalıb

Avstraliyada baş verən yanğınlarda heyvan və bitkilərin sayı 55 faiz azalıb
  15 Noyabr 2024    Oxunub:233
Avstraliyada aparılan araşdırma 2019 və 2020-ci illərdə baş verən meşə yanğınlarından sonra ölkədəki bitki və heyvan növlərinin 55 faizində azalma olduğunu müəyyən edib.
AzVision.az xəbər verir ki, “Nature” jurnalına görə, alimlər 2019 və 2020-ci illərdə Avstraliyada araşdırmalar dərc ediblər. Meşə yanğınların 1380 heyvan və bitki növünə təsirləri araşdırılıb.

Aparılan araşdırmalar nəticəsində təqribən 24,3 milyon hektar ərazini məhv edən bu yanğınlar nəticəsində ölkədə bitki və heyvan populyasiyasının 55 faiz azaldığı müşahidə edilib.

Alimlər məməli növlərinin azalmasının digər heyvan qruplarına nisbətən iki dəfə çox olduğunu bildiriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti