Polyak şərqşünasın “Məhəmməd Süleyman oğlu Füzuli” kitabı çap olunub

   Polyak şərqşünasın “Məhəmməd Süleyman oğlu Füzuli” kitabı çap olunub
  14 Noyabr 2024    Oxunub:1464
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektorunun “Füzuli kitabxanası” seriyasından polyak şərqşünası Stanislava Plyaskovitska-Rımkeviçin “Məhəmməd Süleyman oğlu Füzuli” kitabı işıq üzü görüb.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, ilk dəfə Azərbaycan dilində oxuculara təqdim olunan monoqrafiyanın elmi məsləhətçisi və “Polyak şərqşünaslığının Füzuli səhifəsi” adlı “Ön söz”ünün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir.

Kitabı polyak dilindən tərcümə edən, polyak dilində mətnin elmi redaktoru, “Füzuli Polyak türkologiyasında” giriş sözünün müəllifi Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri professor Gülər Abdullabəyova, Azərbaycan dilində mətnin elmi redaktoru, “Stanislava Plyaskovitska-Rımkeviç və onun “Məhəmməd Süleyman oğlu Füzuli” monoqrafiyası” giriş sözünün müəllifi Füzulişünaslıq sektorunun müdiri filologiya elmləri doktoru Ataəmi Mirzəyevdir.

Əsərdə Məhəmməd Füzulinin dövrü, mühiti, ədəbi şəxsiyyəti, yaradıcılığı haqqında ətraflı məlumat verilir, şairin “Bəngü-Badə” poemasının polyak dilində tərcüməsi təqdim olunur.

AzVision.az



Teqlər:





Xəbər lenti