Paşinyan: “Ermənilər anti-dövlət düşüncəsinə malikdir”

   Paşinyan:    “Ermənilər anti-dövlət düşüncəsinə malikdir”
  14 Noyabr 2024    Oxunub:1604
Ermənistanın baş naziri Nikol Paşinyan erməni cəmiyyətinin kollektiv şüursuzluğunu “anti-dövlətçilik” sindromu kimi qiymətləndirib.

AzVision.az xəbər verir ki, Nikol Paşinyan ermənilərin hələ də müstəmləkə psixologiyasından qurtulmadığını bildirib.

“Bizim kollektiv sosial düşüncəmiz, başqa sözlə desək, təhtəlşürumuz anti-dövlətçidir. İndiki sosial psixologiyamız, sosial psixologiyamızın genetikası əslində biz müstəmləkə, koloniya, kiminsə tabeliyində olduğumuz zaman formalaşıb”, - Ermənistanın baş naziri bu gün parlamentdə çıxışında vurğulayıb.

Paşinyanın sözlərinə görə, ermənilər altı əsrə yaxındır ki, xarici ölkələrdə yaşadıqlarından onların psixikasının “bu dövləti biz yaratsaq da, dövlətdən qurtulmaq” cəhdi təbiidir. Hazırda isə, mifik “tarixi Ermənistan”la üst-üstə düşməyən “əsl Ermənistan yaradılır”.

Paşinyan 9 noyabrdan danışdı: “O an heç kimin fikri məni maraqlandırmırdı”
Qeyd edək ki, parlamentdəki çıxışında 9 noyabr 2020-ci il Üçtərəfli Bəyannamənin imzalanması məsələsinə toxunan Ermənistanın baş naziri həmin vaxt həmkarlarının fikirlərinin onu maraqlandırmadığını bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Paşinyan   ermənilər   anti-dövlətçilik  





Xəbər lenti