PAİ prezidenti göstərilən qonaqpərvərliyə görə Azərbaycanın dövlət başçısına təşəkkürünü iifadə edib. Qonaq xüsusilə kiçik ada dövlətlərinin səsinin COP29-da eşidilməsinə şərait yaradıldığı üçün Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Görüşdə Azərbaycanın kiçik ada dövlətlərinə göstərdiyi yardımlar, həmçinin ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər haqqında da danışılıb. Qeyd edilib ki, kiçik ada dövlətləri iqlim dəyişikliyinə ən həssas olan ölkələrdir. Bu baxımdan COP29 çərçivəsində İqlim Dəyişikliyi üzrə İnkişaf etməkdə olan Kiçik Adalar Dövlətlərinin Liderlər Zirvəsinin keçirilməsi, Prezident İlham Əliyevin sammitdə iştirakı, oradakı əhatəli nitqi və bu dövlətlərə verdiyi dəstək mühüm əhəmiyyətə malikdir.
Söhbət zamanı Sahibə Qafarova qonağa noyabrın 16-17-də Milli Məclisin Parlamentlərarası İttifaq ilə birlikdə COP29 çərçivəsində təşkil edəcəyi Parlament Görüşü haqqında da məlumat verib. Qeyd olunub ki, iclasda müxtəlif ölkələrin parlamentlərindən və beynəxlaq təşkilatlardan 330-dək nümayəndə iştirak edəcək.
Qonaq Azərbaycanın COP29 sədrliyinin uğurlu olacağına, bu çərçivədə görülən işlərin öz bəhrəsini verəcəyinə inamını ifadə edib.
Görüşdə Azərbaycan Respublikasının Milli Məclisi ilə Tanzaniya Birləşmiş Respublikası Milli Assambleyası arasında əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparılıb.
AzVision.az