Dünya mediası COP29 barədə xəbərlər yayır

   Dünya mediası COP29 barədə xəbərlər yayır
  14 Noyabr 2024    Oxunub:789
Rumıniya, Bolqarıstan, Xorvatiya və Yunanıstanın aparıcı mətbu orqanları Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) diqqət mərkəzində saxlamaqda davam edir.
Rumıniyanın AGERPRES milli xəbər agentliyi, DİGİ24 televiziyası və xəbər portalı, Bursa qəzeti, Mediafax xəbər agentliyi, Bolqarıstanın BTA milli xəbər agentliyi, “Dariknews” xəbər portalı, BTV televiziya kanalı, Dir.bg xəbər portalı, Yunanıstanın “Capital”, “Eretikos”, “İmidones”, “Sofokleous” xəbər portalı, Xorvatiyanın “Jutarni List”, “Vecerniy”, “Dnevnik” xəbər portalları və digər televiziya kanalları, radio və qəzetlər yaydığı materiallarda COP29 tədbirinin Azərbaycanda yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Tədbirin özəlliyi və ölkəmiz barədə geniş məlumatlar verib. COP29 çərçivəsində mühüm qərarların qəbul olunacağını qeyd ediblər. Rumıniyanın energetika naziri Sebastian Burduja, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Bolqarıstanın Prezidenti Rumen Radev və Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin konfrans zamanları çıxışlarına və müsahibələrinə xüsusi yer ayrılıb və diqqətlə araşdırılıb.

Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə “SOCAR və “Asarel Energy” arasında Birgə İnkişaf Sazişi” imzalanması barədə bildirilib. Mətbu orqanlarının çoxu Azərbaycan Prezidenti İlham Əliyevin COP29-da çıxışını geniş yayıb. Xüsusilə Prezident İlham Əliyevin Liderlər Sammitinin açılış mərasimindəki çıxışında COP29-a ev sahibliyi edən ölkəmizə ünvanlanan tənqidlərə sərt cavab verdiyi vurğulanır. Dövlətimizin başçısının təbii sərvətlərin Tanrının bəxş etdiyi hədiyyə olduğunu vurğuladığı bildirilir.

Prezident İlham Əliyevin 2022-ci il enerji böhranından sonra məhz Avropa İttifaqının Azərbaycandan daha çox təbii qaz tədarük etməsini xahiş etdiyini xatırlatdığı qeyd olunur.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti