Millət vəkilindən Mikayıl Cabbarova növbəti irad

Millət vəkilindən Mikayıl Cabbarova növbəti irad
  29 Avqust 2013    Oxunub:1183
Biz daha hansı formada problemləri dilə gətirək ki, vaxtında anlasınlar.
`Bir müddət əvvəl FB səhifəmdə rəsmi qurumlara çağırış etdim ki, dərsləri sentyabrın 1-dən başlamaq zəruridir. Dərs proqramının hədsiz qısa olması, üstəlik də may ayının sonlarının da faktik olaraq boş keçməsi xeyli problemlər yaradır və təhsil vaxtından səmərəli istifadə olunmadığını göstərir`.

AzVision.az xəbər verir ki, bu sözlərlə millət vəkili Fazil Mustafa çıxış edib.

O, qeyd edib ki, bu məsələni iki dəfə Milli Məclisin sessiyasında da qaldırıb:

`Orada da söyləmişdim ki, iki təzahürün izahını verməkdə həmişə çətinlik çəkirəm. Birincisi, müharibə şəraitində olan, torpağını geri qaytarmaq iradəsi ortaya qoya bilməyən, hər gün gələcəyin sağlam təməlini yaratmaq üçün çalışmalı olan Azərbaycan cəmiyətinin bu qədər bayram günlərinə sahib olması və bu qədər istirahət duyğusu daşıması; İkincisi, bilgi və mühakimə imkanları dünya standartlarından, təhsili isə İran standartlarından geridə olan bir cəmiyyətin bu qədər uzun müddətli yay tətilinin olması`.

F.Mustafa vurğulayıb ki, mənim yeni təhsil nazirimizə mütərəqqi və istedadlı bir insan kimi böyük hörmətim var:

`Ancaq məktəblərin başlamasına 20 gün qala "Yay tətili vaxtı bizdə çox uzundur" fikrini dilə gətirməsinin izahını tapmaqda çətinlik çəkirəm. Bu fikri aylar öncədən dilə gətirmək lazım idi ki, bu ili də itirmədən 15 gün öncədən dərslərə başlamaq barədə qərar qəbul olunsun.

Ancaq bütün bunlara təəccüblənmədiyimi bəri başdan yazmağı unutdum. Biz əgər, 1989-cu ildə bir-birimizə heyrətlə söyləyirdik ki, "ermənilər illərdir Qarabağı ayırmağa hazırlaşırmışlar, xəbərimiz olmayıb", bzdə dəyişən yeni bir mahiyyət yox ki... Əlbəttə, məzmun xeyli dəyişib, külli miqdarda neft pulları imkan yaradıb ki, görüntümüz, reklamımız dəyişsin, ancaq düşüncə tərzi dəyişməyən cəmiyyətlərin aqibətini az-çox Tarix-i Nadiri oxuyanlar bilirlər axı...`

Millət vəkili qeyd edib ki, aylardır az qala bağırıram ki, bu torpağın, Vətənin ən böyük qəhrəmanı, xilaskarı Nuri Paşadır, gəlin onun haqqını tanıyaq, xatirəsini əbədiləşdirək, övladlarımıza təbliğ edək ki, azacıq cəsarətimiz və ləyaqətimiz olsa, biz də Qarabağı qaytara bilərik, bir rəsmi məqamdan cavab ala bilmirəm...
`Qeyri-rəsmi mənə deyirlər k, bunu edə ilmərik, çünki deyərlər ki, bunların özlərinin qəhrəmanı olmayıb, bir Türk Paşasını özlərinə qəhrəman seçiblər. Anlamırlar ki, burada qəhrəmanın kimliyindən yox, bizim üzərimizdə Haqqından söhbət gedir. Bu Haqqı qaytarmaq borcumuzdan söhbət gedir. Tarixi gerçəkliyi pozub öz istədiyiniz kimi yazmayacaqsınız ki...
Təbii ki, duyarlı insanlarımız da var, dəstək verənlər də az deyil, ancaq bütövlükdə cəmiyyətin çoxluğunun öz tarixi irsinə biganəliyini görüb düşünürsən ki, sənin torpağın, dövlətin üçün savaşıb şəhid olan Türk əsgərinin haqqını verməyən bir millətin halal torpağını erməni əsgəri çığırda-çığırda alır...Haqqı olanın Haqqını verin ki, başqaları Haqqınızı almasınlar. İlahi məntiq bunu deyir.
Hələlik neçə belə bolluca bayramlar, yay tətilləri keçirəsiniz. İnşallah, illər sonra bizlər də Vaxtı keçirməkdən bezikib, Vaxtı yaşamağı düşünərik`.


Teqlər:





Xəbər lenti