Milli Şuranın London səfərinə YAP-ın reaksiyası

Milli Şuranın London səfərinə YAP-ın reaksiyası
  29 Avqust 2013    Oxunub:1309
`Milli Şura sədrinin harasa getməyi bizi maraqlandırmır`.
Bunu AzVision.az -a millət vəkili Mübariz Qurbanlı Milli Şuranın London səfərini şərh edərkən deyib. Deputat Milli Şuranı sıradan, qeyri- ciddi təşkilat hesab etdiyi üçün onların səfərləri ilə də maraqlanmadığını deyib.

`Milli Şuranın sosial dayağı 0,5 faizdir və bizim üçün sıradan olan bir qurumdur. Eyni zamanda Cəmil Həsənli də sıradan bir namizəddir. Onun hara gedib-getməyi, Milli Şuranın nə edib etməməyi bizi maraqlandırmır`-deyə M.Qurbanlı qeyd edib .

Qeyd edək ki, sentyabrın 4-də Milli Şuranın 4 üzvü – İsa Qəmbər, Cəmil Həsənli, Fuad Qəhrəmanlı və Eldar Namazov Londona səfər edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti