Davudoğlu Suriyaya hərbi müdaxilədən danışdı

Davudoğlu Suriyaya hərbi müdaxilədən danışdı
  29 Avqust 2013    Oxunub:1327
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriyaya hərbi müdaxilədən danışıb.
Əsənboğa hava limanında məsələyə dair açıqlama verən türkiyəli diplomat deyib: «Türkiyə ərazisinə düşən hər mərmi üçün cəzalandırıcı tədbirlər görüləcək. Təhlükəsizlik Şurasının toplantısında verilən təlimat açıqdır. Suriyada və ya hər hansı yerdən gələcək təhlükəsizlik təhdidinə qarşılıq veriləcək. Kimsənin hökumətimizin silahlı qüvvələrimizə verdiyi səlahiyyət çərçivəsindən artıq məsuliyyəti üzərinə götürəcəyindən şübhəsi olmasın. Türkiyənin təhlükəsizliyi üçün gərəkən bütün tədbirlər görülüb. İnşallah BMT Təhlükəsizlik Şurası lazım olan tədbir haqda qərar qəbul edər. Türkiyə Cümhuriyyətinin qüdrətinə kimsənin şübhəsi olmasın».

Ə.Davduoğlu bütün tərəflər, o cümlədən Rusiya və İranın xarici işlər nazirləri ilə də danışdıqlarını bildirib. Nazirin sözlərinə görə, bəziləri hesab edir ki, Türkiyə savaşın içində yer alacaq: «Ancaq Türkiyə olaraq, savaşan tərəflər arasında yer almaması üçün səy göstərmişik».


Teqlər:  





Xəbər lenti