Əcnəbilərlə bağlı sənədə dəyişiklər edildi
Sənəddə göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 684 nömrəli Fərmanını "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 584-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 684 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 168; 2002, № 8, maddə 478; 2006, № 12, maddə 1034; 2008, № 8, maddə 713; 2009, № 7, maddə 532) aşağıdakı dəyişikliklər edilməsi qərara alınır:
1. Fərmanın adından, preambulasından, 2-ci hissəsinin ikinci-altıncı abzaslarından "və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin" sözləri çıxarılsın.
2. 2-ci hissənin ikinci abzasından "və 31-ci bəndində" sözləri, üçüncü abzasından ", 33-cü bəndində "yaşadığı yer üzrə Azərbaycan Respublikasının" sözlərindən sonra, 35-ci bəndində" sözləri, dördüncü abzasından ", 33-cü bəndində "əsasında və" sözlərindən sonra" sözləri çıxarılsın.
Teqlər: