“Torqovı” aksiyasında heç kim həbs olunmayıb-Yenilənib
Aksiyanın iştirakçısı və təşkilatçılarından biri Anar Məmmədli isə "azadliq.info"ya deyib ki, saxlanılanların olduğu barədə məlumat doğru deyil. "Aksiyamız təxminən 45 dəqiqə çəkdi. Flaşmob tipli aksiya idi. Polis bizi müşaiyət edirdi. Lakin heç kimi saxlamadı. Aksiyamızı dinc şəkildə başa vurduq", deyə A.Məmmədli qeyd edib (azadliq.info).
Üzərində “Azad seçki” şüarları yazılmış köynəklər geyinən bir qrup gənc Bakının “Torqovı” küçəsində icazəsiz aksiya keçiriblər. Hadisə şahidlərinin verdiyi xəbərə görə, gənclər ilkin açıqlamalarında sadəcə flaşmob keçirmək istədiklərini bildiriblər.
Aksiya asayiş keşikçiləri tərəfindən yatırılıb. 30 nəfər yaxın aksiyaçının saxlanıldığı bildirilir.(Virtual.az)