Salyanda xəstəxananın işığı söndü, iki körpə öldü
![Salyanda xəstəxananın işığı söndü, iki körpə öldü Salyanda xəstəxananın işığı söndü, iki körpə öldü](https://azvision.az/photos/ed4bf41f-9e53-42c1-8a00-6607ca1e1769.jpg)
Onun ailə üzvlərinin sözlərinə görə, doğuş normal həyata keçirilib və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, Salyan RMX-da elektrik generatorunun olduğu bildirilir. Lakin generator nasaz vəziyyətdə olduğundan işləməyib.
AzVision.az