`Yol polisi sizi təhqir edirsə, dalaşmayın...` - DYP rəsmisi
DYP rəsmisi polis əməkdaşlarının vətəndaşlara kobud davranması ilə bağlı onlara müraciət daxil olduğunu bildirib:
“İstənilən halda münaqişənin baş verməməsi üçün vətəndaş DYP əməkdaşı tərəfindən qanunazidd hərəkətlərlə rastlaşırsa, polis əməkdaşları etik davranış kodeksinin tələblərini pozursa, vətəndaşları qıcıqlandıracaq hər hansı fikir səsləndirirsə, həmin şəxsin cəzalandırılması üçün onun xidmət etdiyi orqanın rəhbərliyinə müraciət etməlidir. Bunun üçün 102 zəng xidməti var. Eləcə də DYP-nin 902 qaynar xətt fəaliyyət göstərir. Sürücü polis əməkdaşı tərəfindən təhqir olunduğu düşünürsə, bununla bağlı müraciət etməlidir”.
K.Əliyevin sözlərinə görə, yol polisi əməkdaşları vətəndaşlarla ünsiyyətdə olan zaman mikrofonu işlək vəziyyətdə saxlamalıdır. Bununla həmin polis əməkdaşının danışıqlarında neqativ hala yol verib-verməməsini rahatlıqla araşdırmaq olur.
K.Əliyev vətəndaşlardan xahiş edib ki, sürücülər belə hallarda polis əməkdaşları ilə münaqişə yaratmasınlar.
“Polisə qarşı zor tətbiq etmək olmaz. Vətəndaşlar neqativ hallarla bağlı “qaynar xətt” xidmətlərinə şikayətlərini deyə bilərlər”.
Anar Kəlbiyev
AzVision.az