Sərnişin avtobusu qəza törətdi: 5 nəfər xəsarət alıb
![Sərnişin avtobusu qəza törətdi: 5 nəfər xəsarət alıb Sərnişin avtobusu qəza törətdi: 5 nəfər xəsarət alıb](https://azvision.az/photos/avtobus qezasi 180914.jpg)
188 saylı marşrut üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu ilə “Ford” markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində xeyli sayda yaralı olduğu bildirilib.
***
Bakıda yük avtomobili ilə sərnişin avtobusunun toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Bu barədə Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) məlumat verilib.
Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, yol qəzası bu gün Bakı dairəvi yolunda qeydə alınıb.