Mask: “Qeyri-leqal miqrasiyanı ABŞ maliyyələşdirib”

      Mask:    “Qeyri-leqal miqrasiyanı ABŞ maliyyələşdirib”
  04 Fevral 2025    Oxunub:518
Keçmiş ABŞ prezidenti Co Baydenin administrasiyası dövründə milyardlarla dollar ehtiyac içində olan amerikalılara yardım paketindən qeyri-qanuni immiqrasiyaya kömək etməyə yönəldilib.
AzVision.az xəbər verir ki, ABŞ-nin Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, amerikalı milyarder İlon Mask “X” sosial şəbəkəsində belə yazıb.

Vaşinqton və Boqota razılığa gəldilər
Andiçmə günü Tramp ABŞ-nin 47-ci prezidenti kimi ilk çıxışında qeyri-qanuni mühacirlərin Amerika ərazisinə girişini dərhal dayandıracağı və milyonlarla miqrantın ekstradisiya prosesinə başlayacağı vədini verib. O, həmçinin ABŞ-ın cənub sərhədindəki vəziyyətlə bağlı milli fövqəladə vəziyyət elan edib.

Trampın bu məsələyə nə dərəcədə prinsipial yanaşdığının sübutu özünü çox gözlətməyib. Son bir həftədə artıq yüzlərlə qeyri-leqal mühaciri ABŞ-dən Latın Amerikası ölkələrinə daşıyan təyyarə reysləri adi hala çevrilib. Bu müstəvidə hətta əvvəlcə müqavimət göstərməyə cəhd edən Kolumbiya hakimiyyəti Vaşinqtonun gömrük rüsumları barədə hədəsindən sonra “təslim” olmaq qərarına gəldi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Mask   miqrasiya   ABŞ  





Xəbər lenti