Ötən il qeyri-neft ixracı 3 milyard dolları ötüb

Ötən il qeyri-neft ixracı 3 milyard dolları ötüb
  03 Fevral 2025    Oxunub:363
2024-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artaraq 3,4 milyard dollar təşkil edib.
AzVision.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yanvar sayına istinadla bildirir ki, həmin dövr ərzində yeyinti məhsullarının ixracı 11,3 faiz artaraq 1,03 milyard dollara bərabər olub.

Ötən ilin 12 ayı ərzində ixrac olunan şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 62,4 faiz artaraq 38,5 milyon dollar, pambıq lifi 45,2 faiz artaraq 178,2 milyon dollar, bitki mənşəli yağlar və piylər 32,8 faiz artaraq 28,9 milyon dollar, qiymətli metallar 29,2 faiz artaraq 215,3 milyon dollar, kimya sənayesi məhsulları 18,3 faiz artaraq 293,7 milyon dollar, spirtli və spirtsiz içkilər 14,3 faiz artaraq 68,8 milyon dollar, çay 1,6 faiz artaraq 6 milyon dollar, qara metallar 1,9 faiz artaraq 48,2 milyon dollar, alüminium və ondan hazırlanan məmulatlar 1 faiz artaraq 197,2 milyon dollar təşkil edib.

Aqrar məhsulların ixracı 2,8 faiz artaraq 789,4 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı 57,3 faiz artaraq 316,1 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14,1 faiz artaraq 1,11 milyard dollar təşkil edib.

AzVision.az



Teqlər: İxrac  





Xəbər lenti