Kopenhagen Aİ-ni “köməyə” çağırır

   Kopenhagen Aİ-ni “köməyə” çağırır
  03 Fevral 2025    Oxunub:346
Danimarka Avropa İttifaqı (Aİ) liderləri ilə Qrenlandiya məsələsinin bu gün keçirilən qeyri-rəsmi sammitin gündəliyinə daxil edilməsi barədə razılığa gəlib.
AzVision.azbildirir ki, zirvə görüşündə iştirak etmək üçün Brüsselə gələn Danimarkanın baş naziri Mette Fredriksen belə açıqlama verib.

“Bütün digər ölkələrlə əldə oluana razılığa əsasən, bu gün biz, əlbəttə Qrenlandiyanı da müzakirə edəcəyik. Avropada sərhədlərə hörmət etmək zərurətinə çox güclü və geniş dəstək var. Bu, sözsüz ki, Danimarka Krallığının sərhədlərinə də aiddir”, - xanım Fredriksen iddia edib.

ABŞ prezidenti Donald Tramp dəfələrlə bildirib ki, Qrenlandiya ABŞ-yə birləşdirilməlidir. O, Danimarkanın buna getməyəcəyi təqdirdə ona qarşı yüksək ticarət tarifləri tətbiq edəcəyi ilə hədələyib. Hətta ilk prezidentliyi dövründə də Tramp Qrenlandiyanı almaq təklifini vermişdi. Həm onda, həm də indi Danimarka və Qrenlandiya hakimiyyəti bunu rədd edib.

Qrenlandiya neçəyədir?
Onsuz da Trampın hədələrindən təşvişə düşən Aİ-nin aparıcı ölkələrinin liderləri Ağ Evin yeni admisitrasiyasının təzyiq siyasəitnə vahid cəbhə formalaşdırmaq üçün Qrenlandiya məsələsində Danimarkanın mövqeyini dəstəkləyəcəklərini and-aman ediblər.

Amma öz şefindən heç də az ötkəm olamyan ABŞ-nin vitse prezidenti Ceyms Devid Vens “Fox News” telekanalına müsahibəsində, Avropa ölkələrinin etirazlarına baxmayaraq, Donald Trampın Qrenlandiyada Ameriaknın ərazi maraqlarını nümayiş etdirmək niyyətində olduğunu açıqlayıb.

Onun səzlərinə görə, Qrenlandiya ABŞ-nin təhlükəsizliyi üçün həqiqətən də vacibdir. Orada çinlilərin, rusların istifadə etdiyi dəniz yolları var. Qrenlandiyaya nəzarət edən Danimarka isə öz işinin öhdəsindən gələ bilmir və yaxşı müttəfiq deyil.

- Beləliklə, biz özümüzə bu problemi necə həll edəcəyimiz və milli təhlükəsizliyimizi necə təmin edəcəyimiz barədə sual verməliyik. Əgər bunun üçün Qrenlandiyada daha böyük ərazi marağı göstərməliyiksə, prezident Tramp bunu edəcək. Çünki avropalıların bizə nə qışqırdıqları onun vecinə deyil. O, Amerika vətəndaşlarının maraqlarını birinci yerə qoymağı düşünür”, - ABŞ-nin vitse-prezidenti Avropa liderlərinə öz yerlərini göstərib.


Əslində, Tramp və onun komandası Vaşinqtonun vassalına çevrilmiş Aİ-nin onun siyasi iradəsinin əleyhinə getməyəcəyinə tam əmindir. Çünki bunun üçün onun nə cəsarəti, nə də ki, iqtisadi-siaysi və hərbi qüdrtəi var.

Yeri gəlmişkən, Danimnarkanın baş naziri Mette Fredriksenin Aİ-də dövlətlərin sərhədlərinin toxunulmazlığı prinsipinə hörmətlə yanaşıldığı barədə iddiaları ikili standartların növbəti təzahürüdür. Belə ki, Azərbaycanın əraziləri 30 ildən artıq işğal altında olarkən, Aİ nəinki Ermənistanı təcavüzkar kimi tanımadı, hətta müxtəlif layihələr çərçivəsində onu maliyyələşdirmək və silahlandırmaq siyasəti aparırıdı.

Elə indi də heç nə dəyişməyib. Hazırda rəsmi İrəvanla ikibaşlı planlar çərçivəsində Azərbaycan-Ermənistan sərhədində müşahidə missiyası adı altında keçmiş və fəaliyyətdə olan kəşfiyyatçılardan ibarət 200 nəfərlik heyəti yerləşdirən Aİ Avropa Sülh Fondundan (!) Ermənistana hərbi xərclər üçün milyonlarla avro vəsait ayırır. Bu həmin Ermənistandır ki, Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı açıq şəkildə ərazi iddialarını ehtiva edən maddələr yer alıb. Amma dövlət sərhədlərinin toxunulmazlığlı prinsipinə “hörmətlə” yanaşan Avropanın “başbilənləri” belə iddiaların daşıyıcısını Aİ-yə qəbul etməyi planlaşdırırlar.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   ABŞ   Qrenlandiya    





Xəbər lenti