Britaniya ordusunda qalmaqal: 120 min jilet defektli imiş

      Britaniya ordusunda qalmaqal:    120 min jilet defektli imiş
  04 Fevral 2025    Oxunub:318
Böyük Britaniya Müdafiə Nazirliyi 120.000 ECBA (Gücləndirilmiş Döyüş Bədən Zirehləri) zirehli jileti hərbçilərdən geri qaytarır.
“The Guardian” qəzetinin yaydığı məlumata görə, bu barədə müdafiə nazirinin müavini Lyuk Pollard açıqlama verib. Buna səbəb hərbi geyimlərdəki defektlər olub.

Anti-dron yarışı: Kim qabaqdadır? | ARAŞDIRMA
Məqalədə yazılıb: “Sınaq zamanı köhnəlmiş Gücləndirilmiş Döyüş Bədən Zirehlərində mikroskopik çatlar aşkar edilib”.

Nəşrin məlumatına görə, Pollard Hərbi Dəniz Qüvvələrində geniş istifadə olunan yüngül zirehin dəyişdirilməsi üçün komandanlığa sorğular göndərib. Qəzetin yazıb ki, bu cür formalar orduda aşağı təhlükə şəraitində də istifadə olunur. Böyük Britaniya müdafiə nazirinin müavininin sözlərinə görə, təmsil etdiyi qurum bu riskə göz yummayacaq.

Köhnəlmiş bədən zirehləri 2023-cü ildə dəyişdirilməli imiş. Lakin pula qənaət edən əvvəlki hökumət təkmilləşdirilmə proseslərini dörd il gecikdirib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Jilet   Britaniya  





Xəbər lenti