Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı

 Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı
  04 Fevral 2025    Oxunub:431
Avropa İttifaqına (Aİ) üzv olan bütün ölkələr Brüsseldə keçirilən qeyri-rəsmi sammit zamanı Danimarkanın ərazi bütövlüyünün qorunmasının vacibliyini qeyd ediblər.
Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta sammitdən sonra keçirilən mətbuat konfransında məlumat verib.

Kopenhagen Aİ-ni “köməyə” çağırır
O, Aİ-nin ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mövqeyinə münasibətini şərh edərkən deyib: “Danimarkanın ərazi bütövlüyünün qorunması bir deyil, bütün üzv dövlətlər üçün vacibdir. Tramp dəfələrlə bildirib ki, Qrenlandiya ABŞ-yə birləşməlidir. Siyasətçi Danimarkanın adadan imtina etməyəcəyi təqdirdə, ona yüksək ticarət rüsumları tətbiq etməklə hədələyir".

Bir neçə gün öncə “Verian” agentliyi Danimarkanın “Berlingske” qəzetinin və "Sermitsiaq" nəşrinin sifarişi ilə "Qrenlandiya böhranı" mövzusunda sorğu keçirmişdi.
Sorğunun nəticələrinə əsasən Qrenlandiyalıların böyük əksəriyyəti (85%) adanın ABŞ-yə birləşdirilməsinə qarşı çıxıb.
Yalnız 6% Danimarkanın ABŞ-nin tabeliyinə keçməsinin lehinə olub. Respondentlərin 9%-i isə suala cavab verməkdə çətinlik çəkib.

Qeyd edək ki, Tramp yanvarın 7-də bəyan edib ki, Qrenlandiya milli təhlükəsizliyini təmin etmək, eləcə də Çin və Rusiyanın təhdidlərindən qorunmaq üçün ABŞ-nin tərkibinə daxil olmalıdır.

Xatırladaq ki, hələ Trampın ilk prezidentliyi dövründə, 2019-cu ildə Amerika mediası onun Danimarkanın tərkibində olan və geniş muxtariyyət hüquqlarına malik olan Qrenlandiyanı əldə etmək imkanı ilə maraqlandığını yazmışdı. Bundan sonra krallığın səlahiyyətliləri bu fikri absurd adlandıraraq Qrenlandiyanın satışını müzakirə etməkdən imtina etmişdi.


Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Tramp  





Xəbər lenti