Dövlət Agentliyinin İdarə Heyətinin tərkibi genişləndirilib

Dövlət Agentliyinin İdarə Heyətinin tərkibi genişləndirilib
  04 Fevral 2025    Oxunub:277
Prezident İlham Əliyev “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” 18 oktyabr 2017-ci il tarixli və “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 19 dekabr 2017-ci il tarixli fərmanlarında dəyişiklik edib.
AzVision.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Agentliyin İdarə Heyətinin (İH) üzvlərinin sayı 3-dən 4-ə, o cümlədən Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi İH sədrinin müavinlərinin sayı 2-dən 3-ə çatdırılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti