Lavrov MDB-yə üzv ölkələrin səfirləri ilə görüş keçirib

Lavrov MDB-yə üzv ölkələrin səfirləri ilə görüş keçirib
  03 Fevral 2025    Oxunub:322
Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla MDB-yə üzv ölkələrin səfirləri arasında ənənəvi görüş keçirilib.
AzVision.az xəbər verir ki, görüşdə MDB-nin baş katibi Sergey Lebedev də iştirak edib.

Görüş zamanı Rusiyanın sədrliyi ilə 2024-cü ildə MDB formatında əməkdaşlığın nəticələrinə yekun vurulub. Xarici siyasət koordinasiyasının daha da gücləndirilməsi, ticarət sahəsində, iqtisadi, mədəni və humanitar sahələrdə, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub, 2025-ci il - Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ili - Nasizmə qarşı mübarizədə sülh və birlik ili üçün əsas vəzifələr müəyyən edilib.

Görüş iştirakçıları cari qlobal və regional problemlər, o cümlədən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Avrasiyada bərabər və bölünməz təhlükəsizliyin yeni arxitekturasının formalaşdırılması təşəbbüsünün həyata keçirilməsi kontekstində fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev də iştirak edib.

AzVision.az



Teqlər:





Xəbər lenti