ABŞ kəşfiyyatı İranla bağlı xəbərdarlıq edib
“Kəşfiyyatın qiymətləndirmələri göstərir ki, iranlı mühəndislər və silah alimləri mahiyyət etibarı ilə onlara artan nüvə yanacağı ehtiyatlarını bir il və ya daha çox deyil, bir neçə ay ərzində əməliyyat silahına çevirməyə imkan verəcək qısa yol axtarırlar”, - qəzetdə dərc olunan materialda deyilir.
ABŞ məmurları İranın “nüvə silahının astanasında” dayandığını iddia edirlər. Trampın 2015-ci il JCPOA sazişindən (İranın nüvə problemi üzrə 5+1 formatı) çıxmasından sonra uran istehsalını bərpa edən Tehran, hazırda dörd və ya daha çox bomba hazırlamaq üçün kifayət qədər yanacağa malikdir.
Analitiklərin fikrincə, bu məqam şübhəsiz ki, Donald Trampla İsrailin baş naziri Binyamin Netanyahu arasında görüşdə müzakirə mövzularından biri olacaq. “NYT” isə yazır ki, İranla birbaşa münaqişəyə girməyə tələsməyən Tramp deyəsən danışıqlar üçün açıqdır.
- İran prezidenti Məsud Pezeşkian dəfələrlə bəyan edib ki, o da yeni sazişlə bağlı danışıqlar aparmaq istəyir”, - nəşr vurğulayıb.
Lakin ABŞ-nin Dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində bildirib ki, İran nüvə silahını yaratmaq işlərini dayandırmayana qədər Vaşinqton Tehrana təzyiqi davam etdirməlidir.
Sahil İsgəndərov
AzVision.az