Putin: "Avropa Trampın ayağına düşüb, quyruq bulayacaq"
Putinin sözlərinə görə, Avropa ABŞ-ın keçmiş lideri Co Baydeni daha çox bəyənirdi:
“Ancaq sizi inandırıram ki, Tramp, öz xarakteri, əzmkarlığı ilə orada (Avropada -red.) asayişi çox tez bir zamanda bərpa edəcək. Onda, özünüz görəcəksiniz, onlar sahiblərinin ayaqlarına sığınıb asta-asta quyruqlarını bulayacaqlar”, – Putin deyib.
Dövlət başçısı qeyd edib ki, avropalı siyasətçilər Trampa qarşı olublar, ABŞ-da seçki prosesinə müdaxilə etməyə çalışıblar. Donald seçkilərdə qalib gələndən sonra isə çaş-baş qalıblar.
Putin əlavə edib ki, Avropa ilə ABŞ arasında münasibətlər tezliklə yerinə düşəcək.
Donald Tramp yanvarın 20-də ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb. Bundan əvvəl Amerika lideri NATO ölkələrindən müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmağı tələb edib.
Röya Əliyeva
AzVision.az
Teqlər: