"NATO Zelenskidən qurtulmaq istəyir"

   "NATO Zelenskidən qurtulmaq istəyir"
  03 Fevral 2025    Oxunub:385
"NATO-ya mənsub ölkələr Volodimir Zelenskini gözdən salmaq üçün genişmiqyaslı əməliyyat hazırlayır".
Rusiyanın Xarici Kəşfiyyat Xidməti bildirir ki, alyans bu məqsədlə "Ukraynada payızda keçiriləcək seçkiləri gözləyir".

"Artıq NATO da başa düşür ki, prezidentlik müddəti qurtarmış Volodimir Zelenskinin vaxtı məhduddur. Sözügedən əməliyyatda silah-sursat üçün ayrılmış 1,5 milyard dolların mənimsənilməsi, həyatını itirmiş 130 min hərbçinin adına yazılmış maddi yardımların xaricə köçürülməsi, Kiyevin Afrikadakı müxtəlif qruplaşmalara silah satışında iştirakına dair faktlar ictimailəşdiriləcək. Təəssüf ki, NATO-nun bu qərarı yüz minlərlə Ukrayna vətəndaşının həyatı bahasına başa gəldi", - kəşfiyyatın məlumatında vurğulanır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   müharibə   NATO  





Xəbər lenti