Belçikanın yeni Baş naziri müəyyənləşib

Belçikanın yeni Baş naziri müəyyənləşib
  03 Fevral 2025    Oxunub:337
Belçikada təqribən səkkiz aylıq koalisiya danışıqlarının yekununda ölkədə yeni hökumət qurulub və Baş nazir müəyyənləşib.
Yerli mətbuatın məlumatına görə, ötən il iyunun 9-da keçirilən seçkilərdən qalib çıxmış Yeni Flaman Alyansının lideri Bart de Vever Belçikanın yeni hökumət başçısı kimi postu sələfi Aleksandr de Krudan təhvil alıb. O, Kral Filipin hüzurunda and içərək vəzifəsinə başlayıb.

Yeni Baş nazir bu gün vəzifəsinin ilk günündə Avropa İttifaqı liderlərinin paytaxt Brüsseldə keçiriləcək qeyri-rəsmi sammitinə qoşulacaq.

Veverin partiyası hələ hökumət qurulmamışdan qabaq ölkənin büdcə kəsiri səbəbilə həyata keçirəcəyini açıqladığı qənaət siyasətlərinə görə sərt etirazlara məruz qalmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: Belçika   Baş-nazir   təyinat  





Xəbər lenti