USAID-in ən gülünc xərclərinin siyahısı açıqlanıb

   USAID-in ən gülünc xərclərinin siyahısı açıqlanıb
  04 Fevral 2025    Oxunub:436
Ağ Ev beynəlxalq inkişaf agentliyinin (USAID) ən “gülünc xərcləri”nin siyahısını dərc edib.
AzVision.az xəbər verir ki, hazırda terror təşkilatlarına dəstək də daxil olmaqla xarici yardımlar ayırmış USAİD fəaliyyətinin yenidən təşkil olunması və onun maliyyə dəstəyinin nəzərdən keçirilməsi prosesini yaşayır.

“Onilliklər ərzində Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) vergi ödəyiciləri qarşısında hesabat verməyib, çünki o, demək olar ki, nəzarətsiz şəkildə oturuşmuş bürokratların gülünc və bir çox hallarda zərərli layihələrinə külli miqdarda pul köçürürdü”, - məlumatda deyilir.

Bu yardımlara hətta baş müfəttişin tədqiqatı nəticəsində müəyyənləşdirilmiş terror qruplaşmaları ilə əlaqəli qeyri-kommersiya təşkilatı üçün yüz minlərlə dollar, ABŞ-də və Rusiyada qadağan edilmiş Əl-Qaidə terror təşkilatı ilə əlaqəli suriyalı döyüşçülər üçün yemək də daxildir.

İlon Mask: “USAİD cinayətkar qurumdur”
ABŞ-nin yeni administrasiyası xarici ölkələrdə transseksualların hüquqları ilə bağlı layihələrə dəstək üçün vəsait ayrılmasından da narazıdır. Məsələn, Kolumbiyada “transgender operası” üçün 47 min dollar, Peruda “transgender komiksləri” üçün 32 min dollar ayrılıb.

Ağ Evin bəyanatına görə, Amerika vergi ödəyicisinin yüz milyonlarla dollar pulu Əfqanıstanda suvarma kanallarının yaradılmasına və heroin istehsalında istifadə olunan gübrələrin alınmasına sərf olunub. Agentlik İrlandiyada qondarma müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) siyasətini təbliğ edən bir müzikl üçün də 70 min dollar ayırıb.

Bununla belə Ağ Ev administrasiyası öz iddiaslarını rəsmi dövlət satınalma məlumatları ilə dəstəkləmək əvəzinə, məktuba mühafizəkar mətbuatda dərc olunan nəşrlərə istinad edib.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp dəfələrlə USAİD-i tənqid edərək, qurumun amerikalı vergi ödəyicilərinin pullarını Amerikanın maraqlarına uyğun gəlməyən layihələrə xərclədiyini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   USAİD   xərclər   terrorçular  





Xəbər lenti