Ukrayna XİN: ABŞ ilə yerin təki ilə bağlı saziş Aİ-yə inteqrasiya ilə ziddiyyət təşkil etməməlidir

  Ukrayna XİN:  ABŞ ilə yerin təki ilə bağlı saziş Aİ-yə inteqrasiya ilə ziddiyyət təşkil etməməlidir
  01 Aprel 2025    Oxunub:621
Ukraynanın ABŞ ilə imzalamağa hazırlaşdığı yerin təki ilə bağlı saziş Kiyevin Avropa İttifaqına (Aİ) inteqrasiyası proseslərinə zidd olmamalıdır.
AzVision.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Andrey Sibiqa bildirib.

“Üzərində danışıqlara başladığımız razılaşma heç bir halda Aİ-yə inteqrasiya yolumuzla ziddiyyət təşkil edə bilməz. Bu prinsipial mövqelərimizdən biridir”, - o mətbuat konfransında deyib.

Qeyd edək ki, martın 28-də Avropa Komissiyasının (AK) nümayəndəsi Paula Pinyo AK-nın Kiyevi ABŞ ilə resurs sazişinin Ukraynanın Aİ qarşısında öhdəliklərini yerinə yetirməsi baxımından icmaya qoşulma prosesinin bir hissəsi kimi təhlil edilməli olduğuna dair məlumatlandırdığını bəyan etmişdi.

Onun sözlərinə görə, AK ABŞ ilə razılaşmanın nəticələri ilə bağlı Kiyevə məsləhət verməyə hazırdır.

Aİ Ukraynadan Avropa sənayesi üçün vacib olan bir sıra resurslar alacağına ümid edir. O cümlədən Brüssel Ukraynadan tədarük hesabına Avropanın qrafiteyə olan bütün tələbatının 10 %-ni ödəməyi planlaşdırır. Bundan əlavə, AK Ukraynadan orada hasil edilə biləcək bütün litium ehtiyatlarını almaq niyyətindədir, çünki bu metal Avropa akkumulyator sənayesi üçün mühüm əhəmiyyətə malikdir.

AzVision.az



Teqlər:





Xəbər lenti