TƏBİB: Bayram günlərində 52 mindən çox müraciət olub

   TƏBİB:    Bayram günlərində 52 mindən çox müraciət olub
  01 Aprel 2025    Oxunub:824
Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 20-31 martda 24 523 çağırış daxil olub.
AzVision.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, bu çağırışlardan 2 268 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

Bayram günlərində 59 region üzrə isə təcili tibbi yardım xidmətinə 27 981 çağırış daxil olub. 2 695 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

Məlumata görə, Bakı şəhəri üzrə ən çox müraciət martın 31-də qeydə alınıb. Belə ki, müraciət sayı 2 274, hospitalizasiya olunanların sayı 217 nəfər təşkil edib.

"Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub",- məlumatda qeyd olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti