Avropada yeni hərbi alyans yaranır

   Avropada yeni hərbi alyans yaranır
  01 Aprel 2025    Oxunub:705
Serbiya və Macarıstan 2025-ci ildə bir sıra tədbirlər keçirəcək ki, bu da gələcəkdə rəsmi Belqrad və Budapeşt arasında hərbi ittifaqın yaradılmasını yaxınlaşdıracaq.
AzVision.az bildirir ki, Serbiyanın prezidenti Aleksandar Vuçiç belə açıqlama verib.

Bu gün Serbiyaya gələn Macarıstanın Müdafiə naziri Kryştof Salai-Bobrovnitskini Belqrad yaxınlığındakı Bataynitsa hərbi aerodromunda serbiyalı həmkarı Bratislav Qasiç təntənəli şəkildə qarşılayıb.

Bundan sonra onu Serbiya lideri qəbul edib. Prezident Aleksandr Vuçiçin iştirakı ilə Macarıstanın və Serbiyanın Müdafiə nazirləri 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planını və iki ölkə arasında strateji müdafiə əməkdaşlığının həyata keçirilməsinə dair sənəd imzalayıblar.

“Birgə fəaliyyətlə bağlı olan bu saziş Serbiya və Macarıstan arasında gələcəkdə hərbi alyansın və ya hərbi ittifaqın yaradılmasının yaxınlaşması üçün davam edəcək. Təbii ki, bu məsələ Macarıstan tərəfdən, Macarıstan və Serbiya parlamentlərindən asılıdır. Amma münasibətlərimiz o qədər yaxşıdır ki, xüsusən də Avropada və dünyada necə və nə baş verdiyini nəzərə alsaq, baş nazir Viktor Orbanla mən müdafiə sahəsində yaxınlaşmanı sürətləndirmək istəyimizi və niyyətimizi bildirdik”, - Serbiya prezidenti vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Macarıstan   Serbiya   alyans  





Xəbər lenti