Gürcüstanda telekanalların xaricdən maliyyələşdirilməsi qadağan edildi

Gürcüstanda telekanalların xaricdən maliyyələşdirilməsi qadağan edildi
  01 Aprel 2025    Oxunub:665
Gürcüstan parlamenti televiziya kanallarının xaricdən maliyyələşdirilməsinə qadağa qoyacaq "Yayımlar haqqında" qanunu üçüncü oxunuşda qəbul edib.
Sənədin yekun oxunuşda qəbul olunması, parlamentin iclası qanunverici orqanın internet saytında canlı yayımlanıb.

“Yayımlar haqqında” qanuna dəyişikliklərin lehinə 86 deputat səs verib. Heç kim buna qarşı çıxmayıb.

Qanuna əsasən, bundan sonra ölkədə televiziya kanallarının “xarici qüvvələr” tərəfindən maliyyələşdirilməsinə qadağa qoyulacaq.

Sənəddə qadağanın səbəbi də izah olunub. Qeyd edilib ki, televiziya və radio yayımçıları tərəfindən yayılan məlumatlar yüksək səviyyədə etimad qazanır və ictimai rəyi formalaşdıra bilirlər. Yalnız xaricdən ödənişli kommersiya reklamına, teleşopinq və televiziya proqramlarında reklam məhsullarının yerləşdirilməsinə icazə veriləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti