Netanyahunun sözçüsü və müşaviri həbs olunub

Netanyahunun sözçüsü və müşaviri həbs olunub
  31 Mart 2025    Oxunub:913
İsrailin baş naziri Binyamin Netanyahunun sözçüsü Eliezer Feldstein və müşaviri Conatan Uriç həbs olunub.
AzVision.az xəbər verir ki, Feldstein və Uriçin “Katargate” istintaqı çərçivəsində həbs edildiyi bildirilir.

Həbs qərarı israilli iş adamı Gil Bilgerin Qətərdə işləyən ABŞ vətəndaşından pulu Netanyahunun sözçüsü Feldsteinə ötürməsinin üzə çıxmasından sonra verilib.

Feldstein və Uriçin "xarici agentlə əlaqə" və "çirkli pulların yuyulması" maddələri ilə ittiham olunduqları bildirilir.

İki həftə əvvəl istintaq çərçivəsində saxlanılaraq istintaqa cəlb edilən Uriç haqqında daha sonra həbs qətimkan tədbiri seçilib. Gizli sənədləri sızdırmaqda ittiham olunan Feldstein haqqında isə ev dustaqlığı ilə bağlı qərar qəbul olunub.

Baş naziri Netanyahunun da baş prokuror Gali Baharav-Miaranın təsdiqi ilə ifadə verməyə çağırıldığı bildirilib.

AzVision.az





Teqlər:





Xəbər lenti