SEPAH komandiri öldürülüb

   SEPAH komandiri öldürülüb
  01 Aprel 2025    Oxunub:853
(SEPAH və "Hizbullah" komandiri Həsən Bədir (ortada) Qüds Qüvvələrinin 2020-ci ildə öldürülən rəhbəri Qasım Süleymani ilə)

İsrail Hərbi Hava Qüvvələrinin gecə saatlarında Livanın paytaxtı Beyruta aviazərbəsi nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri Həsən Bədir zərərsizləşdirilib.
İsrail Ordusu və daxili təhlükəsizlik xidməti "Şin-Bet"in birgə məlumatında bildirilir ki, adıçəkilən şəxs həmçinin Livan "Hizbullah"ının 3900-cü bölməsinin üzvüdür.

Məlumata əsasən, Həsən Bədir bu yaxınlarda HƏMAS ilə koordinasiyalı fəaliyyət göstərirərək, İsrailin mülki əhalisinə qarşı ciddi terror hücumu həyata keçirməyi planlaşdırırdı.
"Hizbullah" Livanı hərəkətə keçməyə çağırır

Xatırladaq ki, gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyrut şəhərinin cənubuna aviazərbə endirib. Yaşayış binasına tuşlanan aviazərbə nəticəsində 3 nəfər həyatını itirib, yeddi nəfər xəsarət alıb. Bu, İsrail Hərbi Hava Qüvvələrinin Beyruta noyabrdan bəri ilk hücumudur. Məlumata görə, aviazərbənin həyata keçirilməsində məqsəd bu ölkədə fəaliyyət göstərən "Hizbullah" qruplaşmasının rəhbər şəxslərindən birini zərərləşdirmək idi.

Livan Prezidenti Cozef Aun və Baş nazir Nəvvaf Səlam hücumu pislədikləri barədə bəyanat yayıb, beynəlxalq müttəfiqləri ölkənin suverenlik hüququnu dəstəkləməyə çağırıblar.

Ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail qruplaşmanın yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Möhlətin fevralın 18-də qurtarması nəticəsində İsrail qoşunları Livanın cənubundan qismən çəkilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   Hizbullah   münaqişə  





Xəbər lenti