HƏMAS Qəzzada atəşkəsə razılaşıb

HƏMAS Qəzzada atəşkəsə razılaşıb
  30 Mart 2025    Oxunub:946
Həmas iki gün əvvəl vasitəçilər Misir və Qətərdən Qəzzada atəşkəslə bağlı təklif alıb.
"İki gün əvvəl Misir və Qətərdəki vasitəçilərdən təklif aldıq. Buna müsbət yanaşdıq və qəbul etdik", - Fələstin silahlı qruplaşmasının başçısı Xəlil əl-Həyya şənbə günü televiziya ilə çıxışında deyib.

"Reuters"agentliyi mənbələrinə istinadən bildirir ki, Misir keçid mərhələsini də əhatə edən yeni atəşkəs təklifi ilə bağlı İsraildən də müsbət cavab alıb.

İsrailin baş nazirinin ofisi vasitəçilərdən alınan təklifə uyğun olaraq bir sıra məsləhətləşmələr apardığını və İsrailin ABŞ-la tam koordinasiyalı şəkildə əks təklifin vasitəçilərə çatdırdığını bildirib.

Mənbələr bildiriblər ki, təklifə əsasən HƏMAS hər həftə beş israilli girovu azad etməlidir.

İsrail və HƏMAS arasında atəşkəsin birinci mərhələsi 15 aylıq müharibədən sonra yanvarın 19-da qüvvəyə minib və döyüşlərin dayandırılması, HƏMAS-ın əlində olan bəzi israilli girovların azad edilməsi və bəzi fələstinli məhbusların azad edilməsini əhatə edib. Üç fazalı sazişin ikinci mərhələsi qalan girovların azad edilməsi və İsrail qoşunlarının Qəzzadan çıxarılmasına dair razılaşmaları nəzərdə tutur.

Məhəmmədəli Həsənli
AzVision.az




Teqlər:





Xəbər lenti