Çindən Tayvana "ciddi xəbərdarlıq"

   Çindən Tayvana "ciddi xəbərdarlıq"
  01 Aprel 2025    Oxunub:814
Çin hərbçiləri Tayvan yaxınlığında ordu, donanma və raket qüvvələrinin birgə təlimlərinə başladığını elan edib.
AzVision.az “Xinhua” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Çin ordusunun Şərq Döyüş Komandanlığı Bölgəsinin sözçüsü Şi İ bunun Tayvanın müstəqilliyinə çağıranlar üçün “ciddi xəbərdaqlıq” və “güclü çəkindirici amil” olduğunu açıqlayıb. O, Pekinin hərəkətlərini qanuni və milli suverenliyi qorumaq və milli birliyi qorumaq üçün zəruri sayır.

“Təlimdə əsas diqqət dənizdə və havada döyüşə hazır patrul əməliyyatlarının aparılması, hərtərəfli nəzarətin əldə edilməsi, dəniz və yerüstü hədəflərin vurulması, əsas ərazilər və yollar üzərində nəzarətin yaradılması olacaq”, - Çi İ vurğulayıb.

Çin Tayvan yaxınlığında hərbi iştirakını gücləndirir
Qeyd edək ki, martın 18-də Tayvan keçirdiyi illik hərbi təlimlər zamanı 2027-ci ili Çinin adaya hücumunun baş verə biləcəyi il kimi qiymətləndirib.

Martın 30-da isə “The Washington Post (WP)” qəzetinin yazdığına görə, ABŞ-nin Müdafiə naziri Pite Heqset Çinin Tayvanı ələ keçirməsi cəhdini dayandırmaq üçün Amerika ordusunun hədəf istiqamətini yeniləyib.

- Çinin Tayvana mümkün işğalı ABŞ tərəfindən ordu üçün prioritet sayılmalı olan eksklüziv ssenari kimi qiymətləndirilir”, - qəzetin tanış olduğu sənəddə bildirilir.

Sənəd Tayvan yaxınlığında ABŞ ordusunun əlavə sualtı qayıqlarının, bombardmançı təyyarələrinin, pilotsuz gəmilərinin və qoşunlarının yerləşdirilməsini nəzərdə tutur.

Sahil İsgəndərov
AzVision.az





Teqlər:   Çin   Tayvan   xəbərdarlıq  





Xəbər lenti