Peskov: "Putinin qrafikində Trampla telefon danışığı yoxdur"

      Peskov:     "Putinin qrafikində Trampla telefon danışığı yoxdur"
  31 Mart 2025    Oxunub:800
"Rusiya prezidenti Vladimir Putin Amerika lideri Donald Trampla təmaslara tamamilə açıqdır".
AzVision.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, lazım gələrsə, Putinlə Trampın telefon danışığı operativ şəkildə təşkil olunacaq.

Kremlin sözçüsü Putinin qrafikində Trampla telefon danışığının hələ ki olmadığını söyləyib: "Hazırda planlaşdırılmış telefon danışığı yoxdur. Amma bir daha təkrar edirəm: Prezident Putin belə ünsiyyətə açıq qalır. Lazım gələrsə, belə bir söhbət çox tez razılaşdırıla bilər".

AzVision.az



Teqlər:





Xəbər lenti