Sumqayıtın bəzi ərazilərində qaz kəsilib

Sumqayıtın bəzi ərazilərində qaz kəsilib
  01 Aprel 2025    Oxunub:822
Bu gün Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılıb.
Bu barədə AzVision.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Sumqayıt şəhəri, Xəzər bağları ərazisində "Şəhər-3" qaz xəttindən ayrılan xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar aprelin 1-də saat 13:30-dan etibarən qaz təchizatı dayandırılıb.

Hazırda təmir-bərpa işləri aparılır. Xəzər bağlarının, Katej və Kimyaçılar qəsəbələrinin, Bulvar ərazisinin və 26-cı məhəllənin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranıb.

AzVision.az



Teqlər:





Xəbər lenti