"Xudafərin" dövlət sərhədindən buraxılış məntəqəsi yaradıla bilər - AÇIQLAMA

 "Xudafərin" dövlət sərhədindən buraxılış məntəqəsi yaradıla bilər -  AÇIQLAMA
  01 Noyabr 2024    Oxunub:363
"Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra ölkəmizin əsas strateji hədəfləri Gorus-Qafan avtomobil yolunun Azərbaycan Respublikasına düşən hissəsinin və “Laçın yolu”nun nəzarətə götürülməsindən ibarət idi. Bununla bağlı 12 sentyabr 2021-ci il tarixdə Azərbaycan-Ermənistan dövlət sərhədində Qubadlı rayonunun Eyvazlı kəndində “Eyvazlı” və 12 noyabr 2021-ci il tarixdə isə Zəngilan rayonunun Qazançı kəndində “Qazançı” dövlət sərhədindən buraxılış məntəqələri fəaliyyətə başlamaqla etibarlı sərhəd nəzarətinin təşkili təmin olundu".
AzVision.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi general-leytenat Elşən Verdiyev deyib.

O bildirib ki, Dövlət Sərhəd Xidməti tərəfindən 2023-cü ilin aprel ayının 23-də həyata keçirilən tədbirlər nəticəsində Laçın-Xankəndi yolunun başlanğıcında Sərhəd Nəzarəti xidməti fəaliyyətə başlayıb. "Qarşıya qoyulmuş tapşırıqların, əmr və göstərişlərin icrası təmin olundu.

Vətən müharibəsindən sonra Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarında sərhəd infrastrukturu yaradılaraq istismara verildi. Hazırda “Laçın” beynəlxalq hava limanının və “Ağbənd” dövlət sərhədindən buraxılış məntəqəsinin tikintisi davam etdirilir, “Xudafərin” dövlət sərhədində buraxılış məntəqəsinin yaradılması isə nəzərdə tutulub".

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti