Tramp “CBS News” telekanalına qarşı məhkəmə iddiası qaldırıb

   Tramp “CBS News” telekanalına qarşı    məhkəmə iddiası    qaldırıb
  01 Noyabr 2024    Oxunub:241
ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp vitse-prezident və Demokratlar Partiyasından namizədi Kamala Harrislə müsahibəyə görə “CBS News” telekanalını məhkəməyə verib.
AzVision.az xəbər verir ki, Tramp “CBS News” telekanalını Harrislə söhbətin redaktə olunmamış versiyasını dərc etməkdən boyun qaçırmaqla qarşıdan gələn seçkilərə müdaxilə cəhdində günahlandırıb.

“Bu əməllər, CBS-nin ictimaiyyəti aldatmaq və çaşdırmaq üçün hesablanmış xəbərlərin şər, aldadıcı və maddi təhrif yolu ilə seçki və səsvermə prosesinə qərəzli və qeyri-qanuni müdaxilə etməklə 2024-cü il prezident seçkilərində tarazlığı əvvəlcədən Demokratik Partiyanın xeyrinə dəyişmək cəhdlərinə aiddir. CBS-in hərəkətləri ucbatından insanlar müsahibə zamanı hansı Harrisi gördüklərini anlaya bilmirdilər: prezidentliyə namizədi, yoxsa pərdə arxasında olan redaktorun kuklasını”, - məhkəməyə təqdim olunan iddiada vurğulanır.

Trampın hüquqşünasları bildiriblər ki, xəbər təşkilatları “hadisələr haqqında həqiqəti dəqiq çatdırmağa borcludurlar və seçdikləri namizədin daha ardıcıl və qətiyyətli görünməsi üçün müsahibələri təhrif etməməlidirlər”.

“Fox News” telekanalnın məlumatına görə, iddia bəyanatında Tramp minimum 10 milyard dollar təzminat və işin andlılar məhkəməsinə verilməsini tələb edib.

Kamala Harris: “Tramp dövrünü bitirmək lazımdır”
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin vitse-prezidenti və demokratların prezidentliyə namizədi Kamala Harris Vaşinqtondakı Ellips parkında keçirilən mitinqdə yekun nitqlə amerukalılara müraciət edib. 2021-ci il yanvarın 6-da, bəzi iştirakçıların Kapitoliyə hücümündan əvvəl, Donald Tramp öz tərəfdarlarını məhz bu məkanda toplamışıd.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Harris   məhkəmə  





Xəbər lenti