COP29 Çağrı Mərkəzi fəaliyyətə başlayıb
Noyabrın 1-dən fəaliyyətə başlayan Çağrı Mərkəzi akkreditasiya və Yaşıl Zona biletləri, nəqliyyat, qonaqlama xidmətləri, sağlamlıq, təhlükəsizlik, logistika kimi bir sıra mövzularda müxtəlif sorğuların cavablandırılması ilə yanaşı, tədbir və əlaqəli məkanlarda əlçatanlıq xidmətləri haqqında məlumatlandırmaqla dəstək göstərəcək.
Çağrı Mərkəzi ənənəvi zəng xidməti ilə yanaşı, müxtəlif rəqəmsal platformalar vasitəsilə də əlaqə yaratmaq imkanını təklif edir. Belə ki, COP29 konfransı ilə əlaqədar hər hansı sualı olan şəxslər COP29-un rəsmi internet səhifəsi üzərindən canlı çat, WhatsApp və Telegram üzərindən birbaşa əlaqə və ya yerli zənglər üçün ödənişsiz olan *1029 qısa nömrəsinə zəng edərək məlumat ala bilərlər. Bundan əlavə, ilkin mərhələdə Çağrı Mərkəzi həmçinin İnteraktiv Səsli Cavab Sistemi (İVR) və Chatbot kimi özünəxidmət vasitələri ilə də məlumatlandırma xidmətlərini göstərəcək.
Çağrı Mərkəzinin iş qrafiki:
1 noyabr – 03 noyabr: 08:00-dan 20:00-dək
04 noyabr – 23 noyabr: 24/7 fasiləsiz xidmət
24 noyabr – 30 noyabr: 08:00-dan 20:00-dək
AzVision.az
Teqlər: