Bloomberg: “Azərbaycan Avropanın xilaskarı oldu”

   Bloomberg:    “Azərbaycan Avropanın xilaskarı oldu”
  01 Noyabr 2024    Oxunub:356
Təbii qaz idxalı ilə məşğul olan Avropa şirkətləri yaxın vaxtlarda bu regiona “mavi yanacağın” tədarükünə dair Azərbaycanla müqavilə bağlamağı planlaşdırırlar.
AzVision.az xəbər verir ki, bu məqamı diqqətə çatdıran “Bloomberg” agentliyi, eyni zamanda, Kiyevin Rusiyanın enerji resurslarının öz nəqli ilə bağlı müqaviləni yeniləməkdən imtina etməsinə baxmayaraq, Azərbaycanın təbii qazının məhz həmin kəmər vasitsəi ilə tədarük ediləcəyini bildirir.

Agentliyin dərc etdiyi materialda, həmçinin Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında sazişin Avropanın hazırda tranzit sazişi üzrə aldığı qazın bir hissəsinin kompensasiyasını nəzərdə tutduğu vurğulanır. Eyni zamanda, sazişə Azərbaycanla Rusiya arasında svop sazişi də daxil ediləcək.

Avropaya qaz tədarükü ilə bağlı Kiyev Bakıya yeni təklif verib
Xatırladaq ki, iki həftə əvvəl “RBK Ukrayna” kanalı Azərbaycan qazının Ukrayna ərazisindən keçməklə Avropaya nəqli barədə Bakıya yeni sxem təklif etdiyini yazmışdı.

Yeri gəlmişkən, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün sözügedən məsələ ilə bağlı vəziyyətin necə inkişaf edəcəyini proqnozlaşdıra bilmədiyini açıqlayıb.

“Bu kommersiya xarakterli danışıqlardır. Biz vəziyyəti bilirik, yeri gəlmişkən, Rusiya prezidenti Kazanda keçirdiyi mətbuat konfransında da danışdı. Əslində qazın nəqli ilə bağlı müqavilənin bu ilin sonunda başa çatacağı barədə məsələ idi. Ukraynanın artıq bu müqaviləni uzatmaqdan imtina etdiyini nəzərə alsaq, hadisələrin necə cərəyan edəcəyi, tədarükün bundan sonra necə təmin olunacaqı barədə indi heç nə deyə bilmərəm”, - Dmitri Peskov vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Azərbaycan   Avropa   xilaskar  





Xəbər lenti