“Azərduz” Qurban bayramı münasibəti ilə sakinləri təbrik edib - FOTOLAR

“Azərduz” Qurban bayramı münasibəti ilə sakinləri təbrik edib    - FOTOLAR
  14 İyun 2024    Oxunub:475
Daim süfrələrimizdə öz yeri olan, yeməklərimizə xüsusi dad qatan, müştərilər tərəfindən yüksək qiymətləndirilən və mütəmadi olaraq müxtəlif sosial layihələr reallaşdıran “Azərduz” markası növbəti dəfə ənənəsinə sadiq qalıb.
Marka bu dəfə müqəddəs Qurban Bayramı münasibətilə Masazır və ətraf bölgələrdə yaşayan qazi və şəhid ailələrinə, aztəminatlı ailələrə bayram sovqatı hədiyyə edib. Yüzlərlə ailəyə “Azərsun Holdinq” məhsullarından ibarət bayram bağlaması verib.

Qeyd edək ki, 2010-cu ildə ölkə başçısı İlham Əliyevin iştirakı ilə istismara verilmiş Azərbaycan Duz İstehsalat Birliyi Masazır və ətraf qəsəbələrdə yüzlərlə insanın məşğulluğunun təmin edilməsində də mühüm rol oynayır. Fəaliyyəti UNİCEF tərəfindən də yüksək qiymətləndirilən "Azərduz" markası ölkəmizdə yod çatışmazlığının aradan qaldırılmasına mühüm töhfələr verir.
AzVision.az

Qalereya




Teqlər: Bayram  





Xəbər lenti