ABŞ israilli məmurlarla görüşü ləğv edib

  ABŞ israilli məmurlarla görüşü ləğv edib
  19 İyun 2024    Oxunub:1111
Baş nazir Benyamin Netanyahunun video müraciətindən sonra Ağ Ev yüksək vəzifəli İsrail rəsmiləri ilə görüşü ləğv etdiyini açıqlayıb.
AzVision.az İsrailin “Axios” informasiya portalına istinadən xəbər verir ki, səfərin ləğv edilməsinin səbəbi baş nazir Benyamin Netanyahunun ABŞ-nin İsrailə silah tədarükünü gecikdirməsi barədə açıqlaması olub.

“Axios” qeyd edir ki, görüşdə İranla bağlı strateji dialoqun aparılması və burada Pentaqonun, ABŞ Dövlət Departamentinin, habelə kəşfiyyat orqanlarının nümayəndələri ilə yanaşı, onların israilli həmkarlarının da iştirakı nəzərdə tutulurdu.
Bununla belə, İsrailin Qəzza zolağında HƏMAS-la müharibəsi və şimalda “Hizbullah”la sərhəd atışmaları fonunda Netanyahunun ABŞ-nin “verəcəyi silah və sursatları saxladığını” deməsindən sonra Ağ Ev görüşü ləğv edib.

“Bu qərar bu cür hiyləgər gedişlərin nəticələsiz ötüşmədiyini göstərir”, - adı çəkilməyən amerikalı məmur “Axios”la söhbət zamanı deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   İsrail  





Xəbər lenti