BMT-də Bakı Təşəbbüs Qrupunun konfransı keçiriləcək

   BMT-də Bakı Təşəbbüs Qrupunun konfransı keçiriləcək
  19 İyun 2024    Oxunub:792
Bakı Təşəbbüs Qrupunun sabah BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında kolonializmə qarşı mübarizə ilə bağlı növbəti konfransı keçiriləcək.
AzVision.az xəbər verir ki, konfrans BMT-nin "Müstəmləkə altındakı ölkələr və xalqlara müstəqillik verilməsi haqqında Bəyannamə"nin icrası ilə bağlı yaradılmış xüsusi Komitəsinin (C24) illik iclası çərçivəsində baş tutacaq.

"Müstəqilliyə və Fundamental Azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin Rolu" adlı konfransda Fransa və Niderlandın müstəmləkə altında saxladığı ərazilərdən, habelə Korsika, Fransız Qvianası, Qvadalup, Martinik, Maohi Nui (Fransız Polineziyası), Kanaki (Yeni Kaledoniya), eləcə də Sen-Martin, Bonayre, həmçinin ABŞ, Fransa, Braziliya, Qəmər Adaları İttifaqı və Niderlanddan 40-dan artıq rəsmi şəxslər, müstəqillik hərəkatlarının rəhbər şəxsləri, dekolonizasiya üzrə ekspertlər, deputat və tədqiqatçılar iştirak edəcəklər.

Bakı Təşəbbüs Qrupunun əvvəlki konfranslarından fərqli olaraq, bu tədbirdə ilk dəfə Niderlandın koloniyaları: Sen-Martin və Bonayredən nümayəndələrinin iştirakı və çıxışı nəzərdə tutulur.

Konfransda həmçinin Yeni Kaledoniyanın xarici işlər naziri ölkəsində baş verən son hadisələr, o cümlədən Fransa hökumətinin kanak xalqına qarşı həyata keçirdiyi vəhşiliklər barədə dünya ictimaiyyətini məlumatlandıracaq.

AzVision.az


Teqlər: BTQ   BMT   konfrans  





Xəbər lenti