Baydeni Obama əvəz edə bilər

   Baydeni    Obama əvəz edə    bilər
  18 İyun 2024    Oxunub:1140
ABŞ-nin 44-cü prezidenti Barak Obamanın noyabrda keçiriləcək prezident seçkilərində Ağ Evin indiki rəhbəri Co Baydeni əvəz edə bilməsi istisna olunmur.
AzVision.az Böyük Britaniyanın “Daily Mail” nəşrində dərc olunan materiala istinadən xəbər verir ki, demokratlar bu riskləri Baydenin səhhətinin pis olması ilə əlaqələndirirlər. Bu mənada həlledici məqam Co Baydenlə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp arasındakı debat olacaq.

“Əgər Bayden Trampla debatda zəif çıxış edərsə, onun səhhətindəki problem əsas gətirilərək başqa bir namizəd irəli sürülə bilər”, - məlumatda deyilir.

Baydenin yaşla bağlı qəribə davranış hallarını xatırladan “Daily Mail”, rəsmi tədbirlərdə bir neçə dəfə ona mövcud məkanda düzgün hərəkət istiqaməti götürməyə kömək edən Obamanın tez-tez ABŞ prezidentinin yanında göründüyünə diqqət çəkib.

Matreialda ABŞ-nin 42-ci prezidenti 78 yaşlı Bill Klinton və Konqresin Nümayəndələr Palatasının keçmiş sədri 84 yaşlı Nensi Pelosinin də Baydeni əvəz edə biləcəkləri vurğulanır. Bununla belə, 63 yaşlı Obama potensial əvəzedici namizəd kimi demokratlara hüsn-rəğbət bəsləyən seçicilər arasında ən populyar fiqur kimi qəbul edilir.

Donald Trampın Ağ Ev Administrasiyasının rəhbəri kimi böyük siyasətə qayıdış şansları artdıqca, onun qələbəsini istənilən yolla əngəlləməyə çalışan demokratların sıralarında təşviş daha da güclənir.

Əslində ABŞ tarixində müstəsna xidmətləri olmamış və əlahiddə bir iz qoymamış siyasətçilərin Co Baydeni əvəzləyə bilməsi barədə səsləndirilən ehtimallar demokratların ciddi kadr çatışmazlığı dövrü yaşadıqlarından xəbər verir. Yeri gəlmişkən, hətta bir sıra məşhur amerikalı analitiklər ABŞ tarixində indiyədək belə zəif, səriştəsiz və qeyri-peşəkar siyasi isteblişmentin olmadığını iddia edirlər.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Bayden   Obama   seçkilər  





Xəbər lenti