Qadın güləşçimiz qızıl medal qazanıb - FOTO

Qadın güləşçimiz qızıl medal qazanıb -    FOTO
  19 İyun 2024    Oxunub:1375
Azərbaycanın qadın güləşçiləri Rusiyanın Kazan şəhərində keçirilən BRICS Oyunlarında uğurlu çıxış ediblər.
Azərbaycan Güləş Federasiyasından AzVision.az -a verilən məlumata görə, qadın güləşi üzrə yarışın son günü baş tutub.

Oyunlara məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 4 idmançı ilə qatılan komandamızın 2 üzvü fəxri kürsüyə qalxıb.

Elnurə Məmmədova (53 kiloqram) qızıl, Gültəkin Şirinova (55 kiloqram) isə bürünc medal qazanıblar.

Sabah yunan-Roma güləşi üzrə medalçılar müəyyənləşəcək.

AzVision.az


Teqlər: idman   güləş   qızıl-medal  





Xəbər lenti