Haqari: "HƏMAS-ı ideoloji cəhətdən aradan qaldırmaq müşküldür"

      Haqari:    "HƏMAS-ı ideoloji cəhətdən aradan qaldırmaq müşküldür"
  20 İyun 2024    Oxunub:550
"HƏMAS terror təşkilatını tamamilə dağıdacağıq" , - söyləsək, bu, gözdən pərdə asmaq deməkdir".
AzVision.az xəbər verir ki, bu sözləri İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəhbəri Daniel Haqari yerli mətbuata açıqlamasında dilə gətirib.

"Hər halda, HƏMAS-ı zəiflətmək üçün alternativ planlar irəli sürməliyik. Əks təqdirdə, bu təşkilatla hələ çox problemimiz üzə çıxacaq", - o deyib.

Hərçənd maraqlıdır ki, ordu rəsmisinin bu sözləri Baş nazir Benyamin Netanyahunun mütəmadi şəkildə "HƏMAS dağıdılmayınca Qəzzada müharibə dayandırılmayacaq" vurğulaması ilə ziddiyyət yaradır.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   HƏMAS   ideologiya  





Xəbər lenti