AKP-li bələdiyyə sədri yol qəzasında öldü

AKP-li bələdiyyə sədri yol qəzasında öldü
  19 İyun 2024    Oxunub:809
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının Aydınlar Bələdiyyəsinin sədri Tacettin Karamercan yol qəzasında ölüb.
“Cümhuriyyət”in yaydığı xəbərə görə, iki minik avtomobilinin toqquşması nəticəsində daha 10 nəfər yaralanıb.

T.Karamercan xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəsarət alanların 6-sı uşaqdır. Hadisə yerinə təcili tibbi yardım əməkdaşları və polislər cəlb olunub. Yaralananlar arasında keçmiş bələdiyyə sədri Mehmet Arif Tusun da olub.
AzVision.az



Teqlər:





Xəbər lenti