Cəlilabadda su hövzəsində iki nəfər boğulub

Cəlilabadda su hövzəsində iki nəfər boğulub
  19 İyun 2024    Oxunub:631
Cəlilabad rayon sakinləri su hövzəsində çimərkən boğularaq ölüblər.

Hadisə bu gün günorta saatlarında Cəlilabad rayon Hamarqışlaq kəndi ərazisində baş verib.

Rayonun Hamarqışlaq kənd sakinləri, 2008-ci il təvəllüdlü Aşurov Nihad Nicat oğlu və 2004-cü il təvəllüdlü Həsənov İbrahim Əjdər oğlunun meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti