Macarıstan Ukraynaya dəstəyi Aİ-nin prioriteti hesab etmir

Macarıstan Ukraynaya dəstəyi Aİ-nin prioriteti hesab etmir
  19 İyun 2024    Oxunub:911
2024-cü il iyulun 1-dən Avropa İttifaqı (Aİ) Şurasına sədrlik etməyə hazırlaşan Macarıstan növbəti 6 ay üçün gündəmə Ukraynaya dəstək bəndini daxil etməyib.
Bu barədə “Deutsche Welle” Macarıstanın Aİ-dəki nümayəndəsi Balint Odora istinadən yazıb. Onun sözlərinə görə, Budapeşt hadisələri diqqətlə izləyəcək və lazım gəldikdə bütün aspektləri gündəliyə daxil edəcək.

Odor dövlətin qarşıdan gələn sədrliyinin prioritetləri sırasında qeyri-qanuni miqrasiya ilə mübarizəni qeyd edib. Macarıstan həmçinin Aİ-nin genişlənmə proseslərini tarazlamağı planlaşdırır.

AzVision.az


Teqlər:





Xəbər lenti