Tonqo sahillərində 6 bal gücündə zəlzələ olub

Tonqo sahillərində 6 bal gücündə zəlzələ olub
  18 İyun 2024    Oxunub:969
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına əsasən, Tonqa Krallığı sahillərində 6 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar bu gün səhər saatlarında qeydə alınıb. Zəlzələnin episentri təxminən 4,3 min insanın yaşadığı Neiafu şəhərindən 217 km şimalda, ocağı isə yer səthindən 95 kilometr dərinlikdə yerləşib.

Təbii fəlakət nəticəsində xəsarət alanlar, dağıntılar və sunami təhlükəsi barədə məlumat verilmir.

AzVision.az


Teqlər:





Xəbər lenti